Dünyanın nüfuzlu reytinq təşkilatlarından olan Quacquarelli Symonds (QS) tərəfindən 2026-cı il üzrə "Best Student Cities" (Dünyanın ən yaxşı tələbə şəhərləri) reytinqi açıqlanıb.
Bu barədə BUTA.TV-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, dünyanın müxtəlif ölkələrindən 150 şəhərin qiymətləndirildiyi reytinqdə Bakı ötən illə müqayisədə 22 pillə irəliləyərək 95-ci yerdə qərarlaşıb.
Bakı bu mövqeni Böyük Britaniyanın Aberdin, Çinin Quançjou və Cənubi Afrika Respublikasının Yohannesburq şəhərləri ilə bölüşür. Reytinq nəticələrinə əsasən, Bakı Cənubi Qafqaz regionunda ən yüksək nəticə göstərərək regionun lider tələbə şəhəri olub. Eyni zamanda, şəhər Mərkəzi Asiyanın bir sıra aparıcı şəhərlərini də geridə qoyub. Belə ki, reytinqdə Astana 119-cu, Bişkek 137-ci, Daşkənd isə 146-cı mövqedə yer alır. QS-in "Best Student Cities" reytinqi şəhərləri ali təhsil və tələbə həyatı üçün əlverişlilik baxımından kompleks şəkildə qiymətləndirir.
Qiymətləndirmə zamanı şəhərdə fəaliyyət göstərən universitetlərin QS Dünya Universitetləri Reytinqindəki göstəriciləri, məzunların məşğulluq imkanları, təhlükəsizlik və yaşayış mühiti, təhsil və yaşayış xərclərinin əlverişliliyi, beynəlxalq tələbələrin sayı və müxtəlifliyi, eləcə də həmin şəhərdə təhsil almış tələbələrin rəyləri nəzərə alınır.
- Arzumun növbəti məhkəməsidir - Amalın xanımı hökmdən narazıdır
- Bakıda bəzi liftlərin fəaliyyəti dayandırıldı
- Bakı bu reytinqində ilk 100-lüyə daxil oldu
- Yeni dövrün əmək bazarı: Məşğulluq Strategiyası bizə nə vəd edir? - Ekspert şərhi
- Nigar Rüstəmliyə yüksək vəzifə verildi
- Dənizdə iki nəfər xilas edildi
- “Uşaqlığın son gecəsi”nin Rüfəti vəfat etdi
- “Demişdi ki, öləndə qəbiristanlığa bir piano gətirim...” - Videomüsahibə