Rusiya Moldovada keçiriləcək prezident seçkiləri və Avropa Birliyinə üzv olmaq üçün referendum ərəfəsində ona qarşı hibrid hücum planlaşdırır.
BUTA.TV xəbər verir ki, “Blumberq” Britaniya kəşfiyyatının qiymətləndirmələri ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Agentlik bildirib ki, Böyük Britaniya yaxın aylarda rus agentlərinin təhdidinə qarşı çıxmaq üçün Moldova hakimiyyəti ilə kəşfiyyat məlumatlarını bölüşəcək.
Qeyd edək ki, Moldovada seçki oktyabrın 20-də keçiriləcək. Moldovanın avropapərəst Prezidenti Maya Sandu ikinci müddətə namizəd olacaq. Həmin gün ölkənin AB-yə daxil olması ilə bağlı referendum keçiriləcək.
- Beyləqanda silahlı insidentlə bağlı istintaq tamamlandı
- Şahin Şıxlinski ilə bağlı şok qərar
- “10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
- Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir
- Bankdan 200 minlə çıxan şəxsin pulu ələ keçirildi - Anbaan video
- Tofiq Mirzəyev İsraildə dəfn edilib - Fotolar
- 21 yaşlı gənc suvarma hovuzunda boğuldu
- Bu imtahana giriş üçün 40 manat ödəyəcəksiniz