Müdafiə Nazirliyinin rəhbərliyi aprelin 30-da Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 25-ci ildönümü münasibətilə "N" hərbi hissəsində keçirilən təntənəli mərasimdə iştirak edib.
Nazirlikdən BUTA.TV-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülüb.
Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi hissənin ərazisində xatirə ağacları əkilib.
Sonra təlim meydanında xüsusi təyinatlıların istifadəsində olan müasir silah və texnikaya baxış keçirilib. Nazirliyin rəhbər heyəti komanda müşahidə məntəqəsinə gələrək xüsusi təyinatlıların nümayiş dərslərini izləyib.
Daha sonra Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyət qarşısında çıxış edib. Xüsusi təyinatlıların Vətən müharibəsində və digər əməliyyatlarda göstərdiyi şücaət və qəhrəmanlıqların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi qeyd olunub.
Şəxsi heyətə gələcək xidmətlərində uğurlar arzulanıb.
XTQ komandanı tərəfindən müdafiə naziri general-polkovnik Zakir Həsənova və digər rəhbər heyətə XTQ-nin 25-ci ildönümünü tərənnüm edən xatirə nişanları təqdim edilib.
Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya fəxri fərman, qiymətli hədiyyə və vaxtından əvvəl hərbi rütbələr təqdim olunub.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir