ABŞ-ın xam neft ehtiyatlarının həcmi 1982-ci ilin noyabrından bəri ən aşağı səviyyəyə düşüb.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, strateji ehtiyatlardakı neftin həcmi 285 milyon barelə qədər azalıb.

Bu göstərici ABŞ-ın enerji təhlükəsizliyi baxımından əsas ehtiyat mənbələrindən biri hesab olunan neft ehtiyatlarının son onilliklərdəki ən aşağı səviyyəsini göstərir.