Türkiyədə böyük əməliyyat: 1613 nəfər saxlanıldı
Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyatlar keçirilib, nəticədə 1613 şübhəli şəxs saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Akın Gürlek X hesabında məlumat verib.
"Hazırda 1 613 şübhəli saxlanılıb, 618 şübhəlinin tutulması barədə qərar verilib", - nazir vurğulayıb.
Axtarışlar çərçivəsində 199 odlu silah, 9 039 patron və mərmi, 2 əl qumbarası, 10 520 sintetik narkotik vasitə və narkotik həb, eləcə də təxminən 37,25 kiloqram narkotik maddə aşkarlanaraq götürülüb.