ABŞ-ın keçmiş prezidenti Donald Trampın çoxlu hüquqi problemi var.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ ordusunun Avropadakı keçmiş komandanı Ben Hoces deyib.
“Hər gün onun məhkəmədə oturduğunu əks etdirən fotolar yayılır. Onun imici bundan əziyyət çəkir. Mən əslində nikbinəm ki, Tramp yenidən seçilməyəcək”, - Hoces bildirib.
Onun sözlərinə görə, ABŞ-ın hazırkı prezidenti Co Bayden bütün yaxşı şeyləri izah etmək üçün daha yaxşı iş görməlidir:
“O, ABŞ xalqına Ukraynaya necə kömək etdiyimizi daha yaxşı izah etməlidir. Amerikalıların əksəriyyəti Ukraynanı dəstəkləyir. Onlar söhbətin nədən getdiyini bilir. Prezident bundan istifadə etməli və bunun bizim maraqlarımıza uyğun olduğunu başa düşməyən Konqres üzvlərinə başa salmalıdır”.
- “Sədərək” və “Binə” bağlana bilər... - Açıqlama
- Saleh Məmmədov Almaniyada 24 ha torpaq alıb? - Foto
- Əks istiqamətdə hərəkət etdilər, qəza şəraiti yaratdılar - Video
- Ağdamın daha bir kəndində yanğın başladı
- Neftimizin qiyməti yenidən 100 dolları ötdü
- Hüquqşünas alimə cinayət işi açıldı
- GL Group və Baker Hughes şirkətləri saziş imzalayıb
- GL Group ABŞ-da bunu əldə edən ilk Azərbaycan şirkəti oldu