Husilərdən açıqlama: Məqsədimizə nail olduq!

21:15 - 10 Sentyabr 2026 - GÜNDƏM

 Husilərdən açıqlama: Məqsədimizə nail olduq!

Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında beynəlxalq ticarət təhlükəsiz və sabit olaraq qalır.

BUTA.TV xəbər verir ki, bu barədə Yəməndəki üsyançı Ənsarullah (husilər) hərəkatının sözçüsü Məhəmməd Əbdül Salam deyib.

"Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında naviqasiya azadlığı və beynəlxalq ticarət təhlükəsiz və müntəzəmdir. Beynəlxalq ictimaiyyətin narahat olmasına ehtiyac yoxdur. Davam edən əməliyyatlarla məhdud məqsədlərə nail olundu”, - deyə o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol