Bu gündən Laçın şəhəri-Zabux kəndi və Laçın şəhəri-Qarıkaha kəndi müntəzəm marşrut xətləri sakinlərin istifadəsinə verilib.
BUTA.TV xəbər verir ki, marşrutlar arasında interval əhalinin sayına uyğun olaraq müəyyən ediləcək.
Avtobuslar laçınlı sahibkar tərəfindən hər hansı bir gəlir gözlənilmədən hər gün xəttə buraxılacaq və intensiv işləyəcək. Nəzərdə tutulan istiqamət üzrə yolun uzunluğu təxminən 40 kilometrə qədərdir.
Qeyd edək ki, indiyədək Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin olunub.
- Bakıda 24 yaşlı gənc dənizdə boğuldu
- Həyətindəki ağacı kəsən şəxs cərimə oluna bilər?
- Bakı və Astaranın bir hissəsi işıqsız qalacaq
- Kəlbəcərə dolu düşdü
- Daha bir gəmi hücuma məruz qaldı - Azərbaycanlılar xilas edildi
- Keyne Yamalın məşhurluğuna yenə ortaq oldu... - Fotolar
- Argentina antirekordla tarixə düşdü - Foto
- Finaldan sonra əlbəyaxa dava - Video