Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar keçiriləcək. Amma sülh prosesi hələ də nəzərəçarpacaq nəticələr verməyib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.
O, növbəti danışıqlar raundunun əhəmiyyətindən danışıb.
“Almatıdakı görüşdən əhəmiyyətli irəliləyişlər gözləmək olarmı? Bu suala aydın cavab yoxdur. Çətin ki, nazirlər hansısa sülh sazişi imzalayacaqlar. Bu, sadəcə onların səlahiyyətində deyil. Amma sülh sazişi üçün konkret təkliflərin hazırlanması tərəflərin mövqelərinin yaxınlaşmasına kömək edə bilər. Bununla belə, mümkün uyğunsuzluqların olacağını proqnozlaşdırıram. Rəsmi İrəvan artıq Azərbaycanla qarşılıqlı öhdəliklərin yazılı şəkildə qeydə alınmasını təklif edib. Lakin rəsmi Bakı Ermənistanın münaqişəyə görə məsuliyyət daşıdığını nəzərə alaraq daha yumşaq münasibət sərgiləməli olduğunu düşünür”, – deyə Markedonov vurğulayıb.
- Tennis Akademiyasında ölüm
- Bakıda 24 yaşlı gənc dənizdə boğuldu
- Həyətindəki ağacı kəsən şəxs cərimə oluna bilər?
- Bakı və Astaranın bir hissəsi işıqsız qalacaq
- Kəlbəcərə dolu düşdü
- Daha bir gəmi hücuma məruz qaldı - Azərbaycanlılar xilas edildi
- Keyne Yamalın məşhurluğuna yenə ortaq oldu... - Fotolar
- Argentina antirekordla tarixə düşdü - Foto