Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

01:38 - 8 May 2024 - GÜNDƏM

 Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəkləmişəm. Cənab Prezidentlə (Azərbaycan Prezidenti İlham Əliyev – red.) bəzi layihələri müzakirə etdik.

BUTA.TV xəbər verir ki, bunu Slovakiya Respublikasının Baş naziri Robert Fitso Azərtac-a və AzTV-yə müsahibəsində deyib.

O qeyd edib ki, texnologiya Slovakiyadan, maliyyə isə Azərbaycandan olacaq:

“İstehsal ediləcək silahlar ya ixrac olunacaq, ya da Azərbaycanda qalacaq. Bildiyimiz kimi, Ukraynadakı müharibə parametrləri tamamilə dəyişib. Hazırda silahlarla bağlı ciddi çatışmazlıq var. Bunu edə bilsək, hər iki ölkə üçün faydalı olacağını düşünürəm”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol