Ermənistan COP Bürosunun üzvü kimi etimadın möhkəmləndirilməsi tədbirləri nəticəsində Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ev sahibliyi etməsi ilə razılaşıb.
BUTA.TV xəbər verir ki, bunu Almaniyanın “Zeit” qəzetinə müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
Onun sözlərinə görə, ölkələr arasında hərbçilərin mübadiləsi də müsbət tendensiyadır və bu, həm də Bakı ilə İrəvan arasında etimadın möhkəmlənməsinə xidmət edir:
“COP29 iqlim konfransı ilə bağlı Ermənistanla razılaşmaya diqqət yetirmənizi istərdik. 32 erməni hərbçisinin 2 azərbaycanlı hərbçi ilə dəyişdirilməsi barədə razılığa gəldik. Eyni zamanda, Ermənistan COP Bürosunun üzvü kimi öz növbəsində Azərbaycanın bu il COP29 iqlim konfransına ev sahibliyi etməsi ilə bağlı razılığa gəlib. Bu, etimad tədbirlərinin nəticəsi idi və bunun necə həyata keçirilə biləcəyini göstərir”.
Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
- Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yayımladı
- Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya
- Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?
- Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
- Gürcüstan Azərbaycana problem yaradır - Saakaşvili
- Milli Şura ilə bağlı Qərbdə bu fikir var - Ekspertdən şok
- Mehdiyev oğlunu Patruşevlə tez-tez görüşdürürmüş - Şok foto
- Qaydalar təsdiqləndi: daha tez pensiya və yüksək məbləğ seçimi...