İsveçin Malmö şəhərində 68-ci Avroviziya-2024 mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir.
Kult.az xəbər verir ki, Malmö arenanın əsas səhnəsində 16 ölkənin təmsilçiləri musiqi nömrələrini nümayiş etdirəcəklər.
Finala çıxmaq uğrunda Malta, Albaniya, Yunanıstan, İsveçrə, Çexiya, Avstriya, Danimarka, Ermənistan, Latviya, San-Marino, Gürcüstan, Belçika, Estoniya, İsrail, Norveç və Niderland mübarizə aparacaq.
Yarımfinalın sonunda televiziya izləyicilərinin səsverməsi nəticəsində finala çıxan ikinci onluq elan ediləcək, onlar müsabiqədə iştiraklarını davam etdirəcək və Avroviziya-2024-ün mayn 11-də finalında yenidən səhnəyə çıxacaqlar.
Avroviziya-2024 mahnı müsabiqəsinin birinci yarımfinalına dünən yekun vurulub. Səsvermənin nəticələrinə görə, Azərbaycanın yarışmadakı təmsilçiləri Fahree və İlkin Dövlətov mübarizəni yarımfinalda dayandırıblar. Finala keçənlər isə Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya və Lüksemburq təmsilçiləri olub.
- Hikmət Həsənov uzun müddət sonra göründü - Foto
- Bakıda itkin düşən azyaşlı bacı-qardaşla bağlı dəhşətli detallar...
- Çay dərəsinə yıxılıb əzildi: belə xilas edildi - Video
- Çimərliklərdə hava necə olacaq?
- Paşinyanın müavininin də iştirak etdiyi tədbirdə əksər qonaqlar zəhərlənib
- Çimərlikdə maşın sürənləri hansı cəza gözləyir? - Video
- Məzunlara şad xəbər: 10 günə ala biləcəksiniz
- İrana həmin zərbədən sonra 10 000 nəfər içməli sudan məhrum oldu