Müharibə zamanı (Vətən müharibəsi) xarici media nümayəndələrinə müsahibələrim olub. Ancaq təbii ki, müharibədəki planlarımızla bağlı heç bir şey deyə bilməzdim. Sadəcə olaraq, bir dəfə mənə Şuşa haqqında sual veriləndə dedim ki, Şuşasız bizim işimiz yarımçıq qalacaq. Hesab edirəm hər kəs anladı ki, Şuşa azad olunmadan biz dayanmayacağıq.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı bildirib.
“Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi”, - dövlət başçısı əlavə edib.
- İranda vəziyyət kritik həddə: dövlət bayrağı endirildi
- Azərbaycandan yeni partiya: 80 dram ucuz... - Papoyan
- ABŞ “İran xalqının xilaskarı kimi” zərbə endirəcək
- Hədəf İrandır, gerisayım başladı: Böyük fırtına yaxınlaşır
- Pəhləvi xalqa çağırış etdi, “test” başladı: bu gün və sabah...
- Əliyev bu məsələyə son qoymaq qərarına gəlib - Surenyants
- “Gürcü ssenarisi”: Ruben Bakıdadır, Karapetyan seçkiyə girir
- Prezidentin efir məkanı ilə bağlı çağırışı - İbrahimov