Fransanın paytaxtı Parisdə XIX əsr tanınmış Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin açılışı olub.
Kult.az xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Mərkəzində baş tutan açılış mərasimində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, fransalı siyasətçılər, iş adamları, jurnalistlər və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Leyla Abdullayeva Azərbaycanın dahi şairəsinin həyat və yaradıcılığından danışıb. Səfir heykəlin Fransanın Evan Le Bən şəhərində uğradığı vandalizm haqqında qonaqlara məlumat verib.
Heykəlin açılış mərasimində Bakıda anadan olmuş Rusiyada, daha sonra Fransada yaşayıb fəaliyyət göstərən opera ustası Timur Abdikiyev Azərbaycan klassik musiqisindən parçalar ifa edib.
- Çimərliklərdə hava necə olacaq?
- İrəvanda Paşinyanın müavininin də iştirak etdiyi tədbirdə əksər qonaqlar zəhərlənib
- Çimərlikdə maşın sürənləri hansı cəza gözləyir? - Video
- Məzunlara şad xəbər: 10 günə ala biləcəksiniz
- İrana həmin zərbədən sonra 10 000 nəfər içməli sudan məhrum oldu
- Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var - Video
- “Mənə göstərilən diqqət və dəstəyə görə Mehriban xanıma təşəkkürümü bildirirəm”
- “Buna həqiqətən dəyərdimi, Haluk?” - Mahsun Kırmızıgül