Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mayın 10-da İmişli rayonunda “Tarix dedi möcüzə, zaman dedi dahidi!” adlı tədbir keçirilib.
Tədbirdə şəhid ailələri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatlarının kollektivləri, eyni zamanda qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin İmişli şəhərində adını daşıdığı istirahət parkında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin parlaq xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra İmişli Rayon Mədəniyyət Mərkəzində açılan rəsm sərgisinə baxış keçirilib. Giriş nitqi ilə çıxış edən icra hakimiyyətinin başçısı Elçin Rzayev qonaqları salamlayaraq, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan danışıb. Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik siyasətinin bu gün də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi vurğulayıb. Tədbir mədəniyyət işçilərinin ifalarında ümummilli liderin həyatına həsr olunmuş ədəbi-bədii səhnələr nümayiş olunmaqla davam etdirilib, sonra musiqili konsert proqramı təqdim olunub.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir