Bəzi xarici qüvvələr elə göstərmək istəyirlər ki, güya AB-nin qapıları bizim üzümüzə açıqdır və Gürcüstan ora daxil olmağı gözləyir. Əslində isə bu qapını neçə illərdir döyürük və uzun illərdir üzümüzə bağlanıb.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
"Onlar bizi namizəd statusu verməklə həvəsləndirdilər. Lakin gürcü xalqına layiq olan qərarlar qəbul etmirlər. Əgər Gürcüstanın Avropaya inteqrasiyasına nəsə mane olursa, bu, AB-nin Gürcüstana münasibətdə ədalətsiz qərarlarıdır", - Papuaşvili bildirib.
Onun sözlərinə görə, görünən mənzərə tamamilə fərqlidir:
99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
"NATO-ya qəbul olunmağı xahiş edirik, amma rədd edilir. Biz deyirik ki, danışıqlara başlasınlar. Onlar bizdən sonra gələn ölkələrə imkanlar açır, Gürcüstana isə yox. Ona görə də gürcü xalqını günahlandırmaq həqiqətdən uzaqdır. Əslində neçə illərdir bu qapını döyürük, cavab almırıq. Bizi namizəd statusu şəklində bir az həvəsləndirdilər, lakin gürcü xalqı üçün məqbul qərar qəbul etmirlər”.
- Məzunlara şad xəbər: 10 günə ala biləcəksiniz
- Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var - Video
- “Mənə göstərilən diqqət və dəstəyə görə Mehriban xanıma təşəkkürümü bildirirəm”
- “Buna həqiqətən dəyərdimi, Haluk?” - Mahsun Kırmızıgül
- Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
- Milyonluq mənimsəməyə görə tutulan rəis barədə qərar...
- DSX hərbçisi vəfat etdi - Foto
- DSX-nin hərbçisi vəfat edib - Foto