Braziliyada daşqınlar: 143 nəfər öldü

20:50 - 12 May 2024 - GÜNDƏM

 Braziliyada daşqınlar: 143 nəfər öldü

Braziliyanın cənubundakı Rio Qrande-du-Sul əyalətində günlərdir davam edən güclü yağış və daşqınlar nəticəsində ölənlərin sayı 143-ə yüksəlib.

BUTA.TV xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının açıqlamasında bildirilir.

Mülki Müdafiə Agentliyinin son hesabatına əsasən, təbii fəlakətdən 1,4 milyondan çox insan zərər çəkib, 125 nəfər itkin düşüb. Eyni zamanda hökumət böhranla mübarizə üçün 12,1 milyard real (2,34 milyard ABŞ dolları) ayırıb.

Rio Qrande-do-Sul ştatının qubernatoru Eduardo Leyte baş verən fəlakəti bölgə tarixindəki ən dəhşətli faciə adlandırıb. Belə ki, ştatın 10,9 milyon əhalisindən 537 mini evlərini tərk etməyə məcbur qalıb.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda gündəm olan bu maşın kimindir? - Foto

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol