İsmayıllıda yağıntılardan sonra Lahıc-Dəmirçi avtomobil yolundakı sürüşmə zonalarında aktivlik müşahidə olunmağa başlayıb. Hətta yolda çökmələr də əmələ gəlib.
BUTA.TV-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, iki kəndi birləşdirən yolun 7-8-ci kilometrlik hissəsində müxtəlif yerlərdə iri çatlar əmələ gəlib. Yağıntıların təsirindən 40 metr məsafədə asfalt qatı sıradan çıxıb. Yolun bir hissəsi isə tamamilə dağılıb.
Torpaq kütləsinin axması yaxınlıqdakı ağaclara da ziyan vurub.
Sürücülər bildiriblər ki, Lahıcdan Dəmirçiyə ən yaxın yol budur. Yolun tam sıradan çıxması isə elə ən çox onların işini çətinləşdirəcək.
99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) Xüsusi təyinatlı yol istismarı MMC-dən bildirilib ki, problemdən xəbərdardırlar. Əraziyə baxış da keçirilib. Yolun dağılmış hissələrində lazımi tədbirlərin görülməsi istiqamətində işlərə başlanılacaq.
- Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var - Video
- “Mənə göstərilən diqqət və dəstəyə görə Mehriban xanıma təşəkkürümü bildirirəm”
- Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
- Milyonluq mənimsəməyə görə tutulan rəis barədə qərar...
- DSX hərbçisi vəfat etdi - Foto
- DSX-nin hərbçisi vəfat edib - Foto
- İstirahət günü hava necə olacaq?
- “O vaxt körpə idi, indi isə finalda rəqibimdir” - Video