Misir Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı iddiasına qoşulacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“Misir Ərəb Respublikası Cənubi Afrika Respublikasının İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə qaldırdığı işdə rəsmi şəkildə iştirak etmək niyyətini açıqlayır”, - bəyanatda deyilir.
Qərar gərginliyin artması və İsrailin Qəzza zolağının Fələstin mülki əhalisinə qarşı təcavüzünün miqyası ilə əlaqədar qəbul edilib.
99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
- Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var - Video
- “Mənə göstərilən diqqət və dəstəyə görə Mehriban xanıma təşəkkürümü bildirirəm”
- Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
- Milyonluq mənimsəməyə görə tutulan rəis barədə qərar...
- DSX hərbçisi vəfat etdi - Foto
- DSX-nin hərbçisi vəfat edib - Foto
- İstirahət günü hava necə olacaq?
- “O vaxt körpə idi, indi isə finalda rəqibimdir” - Video