Xanbabayeva “Şuşanın dağları”nı yeni versiyada oxudu - Video

14:18 - 13 May 2024 - GÜNDƏM

 Xanbabayeva “Şuşanın dağları”nı yeni versiyada oxudu - Video

Xalq artisti Zülfiyyə Xanbabayeva Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib.

Kult.az xəbər verir ki, sənətkar tədbirdə “Şuşanın dağları” mahnısını yeni versiyada oxuyub.

Belə ki, mahnıda “Şuşanın dağları”nın ilk ifaçısı Xan Şuşinskinin də səs yazısı yer alıb. Xanbabayeva onunla virtual duet ifa edib.

“Xan əmi... Neçə nəsillərə miras qoyduğunuz əvəzsiz əsərinizi illər sonra Sizinlə Şuşada ifa etməyimlə qürur duyur və ruhunuz qarşısında baş əyirəm”, - deyə müğənni instaqram hesabında yazıb.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda gündəm olan bu maşın kimindir? - Foto

Həmin görüntüləri təqdim edirik:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol