Mayın 8-də müğənni Ziba Osmanovanın idarə etdiyi "Changan" markalı avtomobillə paytaxtın Suraxanı rayonu ərazisində vurduğu 2 azyaşlı xəstəxanaya yerləşdirilib.
BUTA.TV xəbər verir ki, hazırda faktla bağlı rayon polis idarəsində araşdırma aparılır, müvafiq ekspertiza təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Qeyd edək ki, Ziba Osmanovanın prodüseri Fərhad İbrahimov Teleqraf.com-a açıqlamasında bir uşağın heç bir xəsarət almadığını, sadəcə qollarının sıyrıldığını, digər uşağın isə ayağının gipsdə olduğunu bildirib. Onun iddiasına görə, müğənninin maşını park vəziyyətində olarkən uşaqlar güzgüyə “toxunub” və xəsarət alıblar:
“Ziba xanımın idarə etdiyi avtomobil dayanmışdı, valideynlər isə uşaqların məktəbdən çıxmasını gözləyirdilər. Qızlar da qəfil park vəziyyətində dayanan iki avtomobilin arasından keçiblər. Onlar avtomobilin sağ tərəfində yan güzgüyə dəyib yıxılıblar. Avtomobilin qarşısına çıxması, onları kənara atması halı yaşanmayıb. Ciddi hadisə baş verməyib, kamera görüntüləri də var. Qızların valideynləri sağ olsunlar, şikayət etmədilər. Hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır”.
99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
Göründüyü kimi, prodüsserin sözündən belə çıxır ki, uşaqları maşın vurmayıb, uşaqlar maşını vurub.
- Milyonluq mənimsəməyə görə tutulan rəis barədə qərar...
- DSX hərbçisi vəfat etdi - Foto
- DSX-nin hərbçisi vəfat edib - Foto
- İstirahət günü hava necə olacaq?
- “O vaxt körpə idi, indi isə finalda rəqibimdir” - Video
- FHN Qəbələdə məşhur oteldə təlim keçirdi - Foto
- Hirkan Milli Parkı zibil tullantılarının əsirinə çevrilib - Foto
- Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - Video