Azərbaycanda “Baku Fleyms” (Baku Flames) adlı 3x3 qadın basketbol komandası yaradılıb.
BUTA.TV Prosport.az-a istinadən xəbər verir ki, “Baku Fleyms” 3x3 basketbolu üzrə Qadın Seriyası turnirinin 3-cü mərhələsi olan Qəbələ turnirində (2-3 iyun) debüt edəcək. Əldə olunan məlumata görə, bu komandada ötən mövsüm Azərbaycan millisi adından oynamış basketbolçuların bəziləri çıxış edəcəklər. Bunlar Sali Əl-Xuri, Ləman İbrahimova, Binata Rizvanova, Nailə Əlisultanova, Həvva Nastakalova və Evelina Yaşayevadır.
Həmçinin “Baku Fleyms”in 20-21 iyulda Quba və 17-18 avqustda Bakı mərhələsində də çıxış edəcəyi dəqiqdir.
Qeyd edək ki, ötən mövsüm bu turnirdə Azərbaycanı klub kimi “Neftçi” uğurla təmsil edib. Hazırda “Neftçi”nin heyətindəki oyunçular yeni mövsümdə Azərbaycan millisi adından çıxış edəcəklər.
99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
Əlavə edək ki, bu turnirin hər mərhələsində qalib komanda 14 min, 2-ci yer 10 min, 3-cü yer 8 min, 4-cü yer 6 min, 5-ci yer 4 min, 6-cı yer 3 min, 7-ci yer 2 min və 8-ci yer 1000 ABŞ dolları əldə edir.
- Milyonluq mənimsəməyə görə tutulan rəis barədə qərar...
- DSX hərbçisi vəfat etdi - Foto
- DSX-nin hərbçisi vəfat edib - Foto
- İstirahət günü hava necə olacaq?
- “O vaxt körpə idi, indi isə finalda rəqibimdir” - Video
- FHN Qəbələdə məşhur oteldə təlim keçirdi - Foto
- Hirkan Milli Parkı zibil tullantılarının əsirinə çevrilib - Foto
- Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - Video