Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada başlayan "Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 13-də Laçında "Sələflər və xələflər” adlı konsert proqramı ilə davam edib.
Kult.az xəbər verir ki, festival Həkəri çayı ətrafında iştirakçıları və qonaqları bir araya gətirib.
Laçın şəhərinin ən mənzərəli məkanlarından birinə gələn qonaqlara milli-mənəvi irsimizdən, ənənələrin valideyndən övlada keçməsindən, gənc nəslin milli dəyərlərə sevgi və sədaqətindən qaynaqlanan "Sələflər və xələflər” layihəsi təqdim edilib.
Konsert proqramında Azərbaycanın tanınmış incəsənət ustalarının onların sənətini davam etdirən övladları, yetirmələri ilə birgə çıxışları təqdim olunub. Layihə milli musiqimizin, mədəniyyətimizin, ənənələrimizin yaşadılması üzərində qurulub.
99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
- İstirahət günü hava necə olacaq?
- “O vaxt körpə idi, indi isə finalda rəqibimdir” - Video
- FHN Qəbələdə məşhur oteldə təlim keçirdi - Foto
- Hirkan Milli Parkı zibil tullantılarının əsirinə çevrilib - Foto
- Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - Video
- Bəzi ərazilərə leysan yağdı
- Bakıda azyaşlı bacı-qardaş itkin düşdü
- “Çox yox, sistemli oxumaq lazımdır” - 400 bal toplayan Paşa