BMT Baş katibi Antonio Quterreş Qəzza zolağında öldürülən qadın və uşaqların sayı ilə bağlı yalan məlumatlara görə istefa verməlidir.
BUTA.TV xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri İsrael Katz deyib.
"BMT Qəzza zolağında öldürülən qadın və uşaqların sayı ilə bağlı təxminini 50% azaldıb və HƏMAS səhiyyə nazirliyinin məlumatlarına əsaslandığını iddia edir. İsrailə qarşı qanlı böhtanları yaymaq üçün terror təşkilatının yalan məlumatlarına əsaslanan hər kəs antisemitdir və terrorizmi dəstəkləyir, Antonio Quterreş, istefa edin”, – Katz X şəbəkəsində yazıb.
Nazir bildirib ki, BMT-nin 6 və 8 may tarixlərində Qəzzada ölən qadın və uşaqlarla bağlı məlumatında ciddi anlaşılmazlıqlar var və təşkilat bunu izah etməlidir.
- Tələbələrə şad xəbər: nəqliyyat güzəşti... - Deputat
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski