Azərbaycanla bağlı filmə çəkilən türkiyəli aktrisa öldü

10:44 - 14 May 2024 - GÜNDƏM

 Azərbaycanla bağlı filmə çəkilən türkiyəli aktrisa öldü

Türkiyəli məşhur aktrisa, Azərbaycanda Sovet hakimiyyətinə qarşı mübarizədən bəhs edən “501 nömrəli kamera” filmində əsas rollardan birini oynamış Aytən Gökçer 84 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, mərhum aktrisa sabah “Zincirli quyu” qəbiristanlığında həyat yoldaşı Cüneyt Gökçərin məzarının yanında dəfn olunacaq.

Xatırladaq ki, “501 nömrəli kamera” rejissor Nüsrət Eraslanın çəkdiyi ikisi sənədli olmaqla, beş hissəli bədii filmdir. 1967-ci ildə çəkilən filmdə baş rolları Cüneyt Gökçer və Aytən Gökçer oynayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda gündəm olan bu maşın kimindir? - Foto

Üç saatlıq filmdə sovet rejimi dövründə Bakıda Hərbi Hava Məktəbinin Uçuş Bölməsinin komandiri olarkən “KQB”nin (DTK) zülmünə dözməyərək iki dostu ilə birlikdə Türkiyəyə qaçan və barələrində ölüm hökmü çıxarılmış azərbaycanlı zabitin fəaliyyətindən bəhs olunur.

Filmdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) bayrağı da bir neçə kadrda nümayiş etdirilir. Müəllif bununla sovet dövründə Xalq Cümhuriyyəti ideyaları ilə SSRİ-yə qarşı mübarizənin səngimədiyini göstərməyə çalışıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol