Bir müddət öncə ailəsini amansızlıqla qətlə yetirən Əhməd Əhmədovla bağlı ikinci – yekun ekspertiza rəyi də təqdim edildi: həkimlərin daha təfərrüatlı araşdırmalarının nəticəsi budur ki, Əhməd qətlləri anlaqsız vəziyyətdə törədib.
Görünür, prokurorluq orqanları və işi aparan istintaqçılar da Əhmədin anlaqsız olmasına şübhə edirdilər. Çünki 25 yaşlı bu gənc bacısını və onun azyaşlı övladını qətlə yetirdikdən sonra maşını ilə xeyli yol qət etmiş, anasını-qardaşını və atasını da xüsusi amansızlıqla öldürmüşdü.
Amma şübhə ayrı, reallıq tamamilə ayrı: həkimlərin ikinci, yekun rəyinə artıq şübhə etmək üçün heç bir əsas qalmır. Belədə isə sual yaranır: Əhməd Əhmədov sürücülük vəsiqəsi alıb, hətta taksi fəaliyyəti ilə də məşğul olub. Sürücülük vəsiqəsi almaq üçün sağlamlıq haqqında arayış tələb olunur. Ona hansı qurum sağlamlıq arayışı verib?
Anlaqsız vəziyyətə düşən, vaxtaşırı qeyri-normal hərəkətlər edən Əhmədin “dəli” olduğunu gizlətmək atası Mehmana necə müəssər olub? O özünün və ailəsinin faciəsi ilə nəticələnən bu “sirri” qorumaq üçün hansı həkimin xidmətindən istifadə edib?
99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
Ümid edək ki, istintaq daha geniş miqyasda aparılacaq və potensial əhmədlərin qarşısını almaq üçün sözügedən həkimlər də məsuliyyətə cəlb olunacaq.
- Xırdalanda yaşayış binasında yanğın - Video
- Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video
- Messinin taleyini dəyişən tvit - İki Lionel tarixi necə yenidən yazdı? - Fotolar
- Qalibiyyətin nişanəsini daşıyacaqlar - DÇ-də tarixi yenilik - Video
- Hava proqnozu dəyişdi: Bakıda yağış yağacaq
- Sən kimə dua edirsən?..
- Hərbçimiz həlak oldu - Fotolar
- 99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib