Əgər bir insan şüurlu şəkildə cinayət hadisəsinə yol vermirsə, onun azadlığa buraxılması mümkündür.
Bu sözləri BUTA.TV-a ailə üzvlərini qətlə yetirən Əhməd Əhmədovun haqqında məhkəmə-psixiatrik ekspertizasının yekun rəyinə münasibət bildirən ekspert, hüquqşünas Şamil Paşayev deyib.
“Anlaqsız şəxsin sağalması və cəmiyyətə inteqrasiya olması mümkündür. Yəni sözügedən Əhməd Əhmədov tibbi xarakterli məcburi tədbirlər seçiləndən sonra sağalarsa, o, normal həyata qayıda və cinayət məsuliyyətindən azad oluna bilər. Sağalmadığı təqdirdə isə stasionar qaydada psixatirik xəstəxanada yerləşdirilir və ömürlük orada qalır”, - Ş.Paşayev bildirib.
Qeyd edək ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədov atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Bikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb.
99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş təkrar komission məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub.
- Xırdalanda yaşayış binasında yanğın - Video
- Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video
- Messinin taleyini dəyişən tvit - İki Lionel tarixi necə yenidən yazdı? - Fotolar
- Qalibiyyətin nişanəsini daşıyacaqlar - DÇ-də tarixi yenilik - Video
- Hava proqnozu dəyişdi: Bakıda yağış yağacaq
- Sən kimə dua edirsən?..
- Hərbçimiz həlak oldu - Fotolar
- 99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib