15 may 2024-cü il tarixində Bakı Fond Birjasında "Rabitəbank" ASC-nin “Yaşıl” istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
Belə ki, 18 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Rabitəbank" ASC-nin ümumi dəyəri 10,000,000 (on milyon) manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib. Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazlar üzrə məlumatlar:
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
İstiqrazların sayı |
Nominal Dəyəri |
İllik faiz dərəcəsi |
Ödəmə periodu |
Hərrac tarixi |
Tədavül müddəti |
|
AZ2005003556 |
Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar |
100 000 (ədəd) |
100 manat |
9.5% |
Hər 3 (təqvim) aydan bir. (İl 360 gün, ay 30 gün) |
15.05.2024 |
2 il |
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.
- Hədəf İrandır, gerisayım başladı: Böyük fırtına yaxınlaşır
- Pəhləvi xalqa çağırış etdi, “test” başladı: bu gün və sabah...
- Əliyev bu məsələyə son qoymaq qərarına gəlib - Surenyants
- “Gürcü ssenarisi”: Ruben Bakıdadır, Karapetyan seçkiyə girir
- Prezidentin efir məkanı ilə bağlı çağırışı - İbrahimov
- Müəllimlərə ŞAD XƏBƏR: Maaşları bu qədər artırılacaq
- Pezeşkiana qarşı bircə şüar da yoxdur
- Sabiq nazirin yarım milyonluq daha bir borcu üzə çıxdı