Aparılmış təhlillər əsasında Xankəndi şəhərinin nəqliyyat planının layihəsi hazırlanıb.
BUTA.TV xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun Xankəndi şəhərində keçirilən növbəti iclasında deyib.
“Nəqliyyat planında nəzərdə tutulan şəhərdaxili marşrut xətləri və marşrut sxemi, avtobus dayanacaqlarının sayı və yerləri, şəhərlərarası marşrut şəbəkəsi və marşrutları, eləcə də Xankəndi şəhərində avtovağzalın və avtobus deposunun yaradılması üzrə planlaşdırılan işlər və təkliflər əksini tapıb, - R. Hümmətov bildirib,
Onun sözlərinə görə, həmçinin Laçın şəhərinin Baş Planına uyğun olaraq, şəhərdaxili ictimai nəqliyyat xidmətlərinin təşkili məqsədilə nəqliyyat planı hazırlanıb, Şuşa şəhəri üzrə isə işlər davam edir.
99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
İclasda yaxın zamanda məskunlaşması nəzərdə tutulan ərazilərdə, o cümlədən Xocalı və Xankəndi şəhərlərində, Kərkicahan qəsəbəsində və Malıbəyli kəndində zəruri yol-nəqliyyat infrastrukturunun qurulması, ictimai nəqliyyat, sərnişindaşıma və telekommunikasiya xidmətlərinin təşkili məsələləri, mövcud tələbat və imkanlar geniş müzakirə edilib.
- Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video
- Messinin taleyini dəyişən tvit - İki Lionel tarixi necə yenidən yazdı? - Fotolar
- Qalibiyyətin nişanəsini daşıyacaqlar - DÇ-də tarixi yenilik - Video
- Hava proqnozu dəyişdi: Bakıda yağış yağacaq
- Sən kimə dua edirsən?..
- Hərbçimiz həlak oldu - Fotolar
- 99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
- Bağçalarla bağlı yeni qayda təsdiqləndi