Gürcüstanda baş verənlər ölkənin daxili işidir, Rusiya müdaxilə etmək niyyətində deyil.
BUTA.TV xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, tamamilə Gürcüstanın daxili işidir, biz heç bir şəkildə ora qarışmaq istəmirik. Dünya ölkələrinin böyük əksəriyyəti kimi Gürcüstanın da daxili işlərinə açıq-aşkar müdaxilədən sığortalanmaq istəməsini anlayırıq. Hətta bu və ya digər qanunu qəbul etsələr, Gürcüstana qarşı sanksiyalar tətbiq ediləcəyi ilə bağlı hədələr eşidirik. Bəs bu, Gürcüstanın daxili işlərinə birbaşa müdaxilə deyilsə, bəs nədir?”, - Peskov bildirib.
- Tələbələrə şad xəbər: nəqliyyat güzəşti... - Deputat
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski