Bakının mərkəzində, Səbail rayonunda üç ildir ki, tikilən binanın söküntüsünə başlanılıb.
BUTA.TV-ın “Xəzər Xəbər”ə istinadən məlumatına görə, tavanından zirzəmisinədək sökülən binanın tikintisinə üç il əvvəl başlanılıb. Lakin sonradan sənədlərinin qaydasında olmadığı üzə çıxıb. Buna görə də, Bibiheybət məscidinin yaxınlığında aparılan söküntü işlərinə bir neçə gündür başlanılıb və sürətlə davam edir.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, hazırda söküntüsü icra olunan binanın yerində əvvəlcə üçmərtəbəli yaşayış binası olub. Sonra sakinlər buradan köçürülüb və köhnə binanın yerində müasir üslubda otel tikintisinə başlanılıb. Onlar iddia edirlər ki, tikinti normaları pozulub.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən binanın söküntüsü Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin, həmçinin digər aidiyyəti qurumların müraciəti əsasında aparılır. Qeyd olunub ki, bina sürüşmə zonasında bir müddət öncə qanunsuz olaraq inşa edilib. Sürüşmə riskini artırdığından onun ən qısa zamanda sökülməsi təmin edilir.
99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirilib ki, orada özbaşına tikinti faktı aşkar edilib. Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından tikinti işləri dayandırılıb və söküntü işlərinə başlanılıb.
Ətraflı süjetdə:
- Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video
- Messinin taleyini o tvit dəyişdi - Tarixi yenidən yazan iki Lionel - Fotolar
- Qalibiyyətin nişanəsini daşıyacaqlar - DÇ-də tarixi yenilik - Video
- Hava proqnozu dəyişdi: Bakıda yağış yağacaq
- Sən kimə dua edirsən?..
- Hərbçimiz həlak oldu - Fotolar
- 99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
- Bağçalarla bağlı yeni qayda təsdiqləndi