Ərdoğan Hitlerdən danışdı: Onu da eyni aqibət gözləyir

14:28 - 15 May 2024 - GÜNDƏM

 Ərdoğan Hitlerdən danışdı: Onu da eyni aqibət gözləyir

Burada bəzi faktlardan açıq danışmaq lazımdır. Hitler Holokostu törədərkən tək deyildi. Avropanın bir çox ölkəsi Hitlerə dəstək verdi. O, özünü yenilməz hiss edirdi. Nə oldu? Başına bir güllə vurdu, yanmış cəsədi xarab olmuş sığınacağında tapıldı.

BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TBMM-də AKP-nin qurultayında çıxışı zamanı deyib.

“8 min 372 bosniyalı qardaşımızı dünyanın gözü qarşısında şəhid etdilər. Məğlub olacaqlarını düşünmürdülər. Nə oldu? Onlar həbs edildi. Bir vaxtların güclü siyasətçiləri məhkəmə qarşısında hesab verdi. İndi həbsxanada ölümlərini gözləyirlər. Gec-tez eyni aqibət Netanyahu və onun tərəfdaşlarını da gözləyir”, - Ərdoğan qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol