Dünən sui-qəsdə məruz qalan və ağır yaralanan Slovakiyanın Baş naziri Robert Fitso təxminən bir ay əvvəl hökumət üzvlərinə hücumların olacağını deyib.
BUTA.TV xəbər verir ki, aprelin 10-da o, Feysbuk sosial şəbəkə hesabında bəyanat yayaraq, müxalifəti və onlara sadiq KİV-ləri hakimiyyətə qarşı nifrət təbliğinə görə qınayıb.
“Hökumət siyasətçiləri küçələrdə ədəbsizcəsinə təhqir olunur. “Denník N”, “Sme” və ya “Aktuality” tərəfindən bütün bunların dərin şəkildə işıqlandırılması sonda aparıcı hökumət siyasətçilərindən birinin qətlinə gətirib çıxaracaq. Mən bunları bir qram belə şişirtmirəm”, - o qeyd edib.
Fitso müxalifət tərəfdarlarını fundamental dəyər və etika məsələlərinə qəzəb, nifrət və anormallıq səpməkdə, həmçinin özlərini ağlılsız kimi aparmaqda ittiham edib.
- “Rusiya tərəfi qardaşlarımın qətlini ört-basdır etməyə çalışır“ - Seyfəddin Hüseynli
- Bakıda qərar gözlənilir – Kremlin həssas nöqtəsi “vurulur”?
- Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət
- Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video
- Ərdoğandan Azərbaycana növbəti təşəkkür
- Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili
- Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?
- Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı