Türkiyə qarşı böyük plan ifşa oldu - Başbuğ

14:36 - 16 May 2024 - GÜNDƏM

 Türkiyə qarşı böyük plan ifşa oldu - Başbuğ

MHP sədri Dövlət Baxçalı sonuncu çıxışı zamanı etdiyi xəbərdarlıqda xüsusi məqamlara toxundu, bu işin dövlətə qarşı daha böyük planın tərkib hissəsi olduğuna diqqəti çəkdi.

Bu sözləri BUTA.TV-a Türkiyədə dövlət çevrilişi ehtimalı və baş verən son proseslər haqqında danışan istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

Polkovnik ssenarinin eyni olduğunu qeyd edib:

“Hazırda ortada milli və beynəlxalq məsələlərdə sərgilədiyi mövqedən dolayı dövlətimizə qarşı hazırlanan bir əməliyyat var. Bu əməliyyatı həyata keçirmək istəyənlərin də arxasında duran FETÖ və onu himayə edənlərdir. Çünki izlənən yol, taktikalar və metodlar eynidir. Əvvəl də eyni ssenari üzrə hərəkət etdilər. Uydurma dəlillər, tapşırıqlı gizli şahidlərin saxta ifadələri ilə insanlar zərbə altına qoyuldu. İndi də həmin vaxtlara geri qayıtmaq, Türkiyəni qarışdırmaq istəyirlər. Məqsədləri isə dövlətimizi zəiflədərək hər yerdən əlini çəkməsinə, özünə qapanmasına nail olmaqdır. Ancaq dövlətimiz bütün bunları görür və bunların hamısına cavab verməyə gücümüz var. Dolayısı ilə 17-25 dekabr 2013-cü il tarixindəki kimi bir əməliyyat planlaşdırırdılar. Ancaq dövlətimiz kirli planın gerçəkləşdirilməsinə imkan vermədi və onların üzərinə çökdü. Həyata keçirilən istintaq fəaliyyətləri çərçivəsində həbs edilənlər var”.

Bu xəbər hal-hazırda çox oxunur
“Qumar kralı” Yusif həbs edildi

O bildirib ki, hazırda bu proses daha çox Daxili İşlər Nazirliyi orqanlarında həyata keçirilir:

“Ancaq yeni faktlar üzə çıxdıqca əməliyyatın genişlənəcəyini və digər nazirlikləri, dövlət qurumlarını, medianı da əhatə edəcəyini düşünürəm. Türkiyənin dövlətçilik təcrübəsi yüz illərlə, min illərlə ölçülür. Belə şeylərlə heç nə əldə edə bilməzlər. Xalqımız hər şeyi görür, dövlətimiz də bütün strukturları ilə daim ayaq üstündədir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol