Ukrayna ordusu qəbul edir: Rusiya çox güclüdür - VSJ

08:48 - 17 May 2024 - GÜNDƏM

 Ukrayna ordusu qəbul edir: Rusiya çox güclüdür - VSJ

Ukrayna hərbçiləri Rusiya ordusunun gücünü qəbul edir və xüsusi əməliyyatın iki ili ərzində onun daha da gücləndiyinə inanır.

BUTA.TV xəbər verir ki, bu barədə "Voll Strit Jurnalı" yazıb.

Ukrayna Silahlı Qüvvələrinin 57-ci mexanikləşdirilmiş briqadasının serjantı Andrey Şerbinanın sözlərinə görə, Rusiyanın güclü ordusu var və iki illik münaqişə onu daha da gücləndirib.

O bildirib ki, Ukrayna Rusiya hərbi-sənaye kompleksinə müqavimət göstərmək iqtidarında deyil.

Nəşr qeyd edir ki, Ukrayna hərbi qulluqçuları Rusiyanın məsafədən idarə olunan bombalarını münaqişənin gedişatına əhəmiyyətli dərəcədə təsir edən silahlar adlandırırlar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol