“Neuralink” beyin implantı sınağı üçün ikinci könüllü iştirakçı axtarır.
BUTA.TV xəbər verir ki, bunu şirkətin rəhbəri, amerikalı milyarder İlon Mask X səhifəsində yazıb.
“Neuralink” ikinci iştirakçı üçün müraciətləri qəbul edir. Bu, sadəcə düşünməklə telefonunuzu və kompüterinizi idarə etməyə imkan verəcək kibernetik “Telepathy” beyin implantımızdır”, - Mask bildirb.
Qeyd edək ki, “Telepathy” beyin implantı insanlara sadəcə düşünərək telefonlarını və kompüterlərini idarə etməyə imkan verəcək. İlk çip qəzadan sonra iflic olan 29 yaşlı kişiyə yerləşdirilib. İmplant sayəsində o, düşüncələri ilə kursoru idarə edə, kompüterdə şahmat oynaya və X-də yazı yaza bilir.
- Hava proqnozu dəyişdi: Bakıda yağış yağacaq
- Sən kimə dua edirsən?..
- Hərbçimiz həlak oldu - Fotolar
- 99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
- Bağçalarla bağlı yeni qayda təsdiqləndi
- Günün qəhrəmanlarının - Fotoları
- AQTA heyvanların daşınması məsələsinə aydınlıq gətirdi
- Hərbi Prokurorluqda əməliyyat müşavirəsi oldu