Hökumətlərarası ekspert qrupunun son hesabatlarında iqlim dəyişikliyinin sürətlənməsinə diqqət yetirilir.
BUTA.TV xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes” Forumunda deyib.
Onun sözlərinə görə, buna görə də anomal hallar baş verir:
"Azərbaycanda 1999- 2000- ci ildə 4 sel, daşqın olubsa, 2020-2021-ci ildə 50 belə hadisə oldu. 2023-cü ildə isə rəqəmlərdə rekord qeydə alınıb. Ötən il 147 sel daşqın hadisəsi müşahidə olundu. Bu da iqlim dəyişikliyinin yaratdığı fəsadların göstəricisidir", - U.Tağıyeva deyib.
- Hava proqnozu dəyişdi: Bakıda yağış yağacaq
- Sən kimə dua edirsən?..
- Hərbçimiz həlak oldu - Fotolar
- 99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
- Bağçalarla bağlı yeni qayda təsdiqləndi
- Günün qəhrəmanlarının - Fotoları
- AQTA heyvanların daşınması məsələsinə aydınlıq gətirdi
- Hərbi Prokurorluqda əməliyyat müşavirəsi oldu