Bu dəhlizin yaradılmasında Bakı ilə əməkdaşlıq edirik - Overçuk

19:16 - 17 May 2024 - GÜNDƏM

 Bu dəhlizin yaradılmasında Bakı ilə əməkdaşlıq edirik - Overçuk

Rusiya daha yaxşı rəqabət şəraiti üçün böyük Avrasiyanın nəqliyyat və logistika əlaqəsini təmin etməyi hədəfləyir.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk “Rusiya - İslam dünyası: KazanForum 2024” plenar sessiyasında deyib.

Onun sözlərinə görə, bu, əmtəə istehsalçıları üçün daha yaxşı rəqabət şəraitini təmin edəcək:

“Buradakı həmkarlar artıq həmin infrastruktur layihələrindən, Şimal-Cənub dəhlizinin yaradılması haqqında danışıblar. Biz Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qırğızıstan ilə sıx əməkdaşlıq edirik. Bu, həm dəmir yolu daşımalarının, həm də avtomobil daşımalarının inkişafıdır”.

Bu xəbər hal-hazırda çox oxunur
Gültəkin Hacıbəylini Türkiyə niyə deport etdi?

“Biz ilk növbədə Avrasiyanın nəqliyyat və logistika əlaqəsini təmin etməyə yönəlmişik, ona görə də anlayırıq ki, biz əmtəə istehsalçılarımızı qlobal Cənub bazarlarına çıxmaları üçün ən yaxşı rəqabət şəraiti ilə təmin edirik”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol