Uçan motosikl reaktiv PUA-ya çevrildi - Foto

01:04 - 18 May 2024 - GÜNDƏM

 Uçan motosikl reaktiv PUA-ya çevrildi - Foto

Kaliforniyada yerləşən “Mayman Aerospeys” şirkəti süni intellektlə təchiz edilmiş yeni tipli şaquli uçuş və enişə sahib (HS VTOL) “Razor” reaktiv uçuş aparatını təqdim edib.

BUTA.TV xarici mediaya istinadən xəbər verir ki, onun tətbiq dairəsi dərmanların çatdırılmasından tutmuş “Hellfire” raketləri ilə hava hücumlarını əhatə edir.

“Razor” ilk dəfə pilotlu uçan motosiklet kimi ictimaiyyətə təqdim edilmişdi.

Lakin “Mayman Aerospeys” onu döyüş PUA-sı olaraq təkmilləşdirdi.

Bu xəbər hal-hazırda çox oxunur
Gültəkin Hacıbəylini Türkiyə niyə deport etdi?

Qurğu müxtəlif növ ağır yanacaqla işləyən, tənzimlənən dörd turbinli mühərriklə təchiz ediləcək.

Modifikasiyadan asılı olaraq, “Razor” 45-dən 450 kq-a qədər faydalı yükü 6000 m-ə qədər yüksəklikdə 800 km/saat sürətlə daşıya biləcək. Uçuş və eniş üçün 3 x 3 m sahə kifayətdir.

Bildirilib ki, şirkət müxtəlif missiyalar üçün bir neçə növ “Razor” istehsal etməyi planlaşdırır. Qeyd edilir ki, yük yerinə döyüş başlığı quraşdırılarsa, o qanadlı raketə çevrilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol