Yaşlı qadını döyüb pulunu taladı, Bakıda xərclədi - Foto

10:16 - 18 May 2024 - GÜNDƏM

 Yaşlı qadını döyüb pulunu taladı, Bakıda xərclədi - Foto

Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BUTA.TV-a verilən məlumata görə, hadisə rayonunun Qumlaq kəndində baş verib.

Belə ki, gecə saatlarında naməlum şəxs yaşlı qadını döyərək onun üzərində olan pul vəsaitini ələ keçirib. Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Dağlar Əzizov saxlanılıb.

O, hadisədən sonra Bakı şəhərinə gedib və taladığı pulu orada xərcləyib.

Bu xəbər hal-hazırda çox oxunur
Gültəkin Hacıbəylini Türkiyə niyə deport etdi?

Məhkəmənin qərarı ilə D.Əzizov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol