Azərbaycan paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Atletika Federasiyasından BUTA.TV-a verilən məlumata görə, idmançı T13 kateqoriyasında 100 metr məsafəni 11.94 saniyəyə başa vurub.
L.Vəliyeva bu nəticə ilə bütün rəqiblərini qabaqlayaraq dünya çempionu olub.
Qeyd edək ki, bu, 22 yaşlı Paralimpiya çempionunun ümumilikdə üçüncü dünya çempionluğudur. L.Vəliyeva ötən il Parisdə təşkil edilən mundialda 100 və 400 metr məsafələrə qaçış üzrə qızıl medal qazanıb.
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?