Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır

13:54 - 18 May 2024 - GÜNDƏM

 Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Report-a Komissiyanın üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid məlumat verib.

O bildirib ki, Komissiyasının bu il indiyədək 5 iclası keçirilib:

"Növbəti iclas isə mayın 22-nə təyin olunub. Həmin iclasdan sonra daha bir toplantının da keçirilməsinə ehtiyac ola bilər".

Bu xəbər hal-hazırda çox oxunur
Gültəkin Hacıbəylini Türkiyə niyə deport etdi?

R.Məcid qeyd edib ki, ötən müddətdə Komissiyaya ümumilikdə 5 minə yaxın müraciət daxil olub: "Qaydalara uyğun olan müraciətlərin sayı isə təxminən 500-ə yaxın idi. Hər iclasda təxminən 100 müraciətə baxılır, səsvermədən sonra qərar qəbul olunur".

Onun sözlərinə görə, əfv müraciətlərinin sırasında ağır cinayətlərdən tutmuş, ehtiyatsızlıqdan törədilən cinayətlərə qədər var: "Bütün müraciətlərə, o cümlədən əcnəbilərin və qadınların əfv üçün müraciətlərinə baxılır, hər biri ətrafında geniş müzakirələr aparılır".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol