Xaçmaz-Quba yolunda sel suları hərəkəti çətinləşdirdi - Foto

19:56 - 18 May 2024 - GÜNDƏM

 Xaçmaz-Quba yolunda sel suları hərəkəti çətinləşdirdi - Foto

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib.

BUTA.TV Report-a istinadən xəbər verir ki,bu gün Xaçmazda yağan qısamüddətli leysan nəticəsində yaranan sel suları avtomobil yolunda böyük gölməçə yaradıb.

Belə ki, sürücülər Xaçmaz-Quba yolunun Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni avtomobil yolu ilə kəsişməsindəki keçiddə çətinliklə hərəkət edirlər.

Suyun axarı olmadığından ərazidə 10-15 metr məsafədə 30-40 santimetr dərinliyində sel suları toplanıb.

Bu xəbər hal-hazırda çox oxunur
Gültəkin Hacıbəylini Türkiyə niyə deport etdi?

Əraziyə avtomobillərin hərəkətin bərpa etmək üçün Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol