Bu gün Gürcüstanın paytaxtı Tiflisdə parlament binası önündə "Xarici agentlər haqqında" qanuna etiraz edənlər Rusiya bayrağını yandırıblar.
BUTA.TV xəbər verir ki, qalmaqallı qanuna etiraz edən nümayişçilər Rustaveli prospektini bağlayıblar. Etirazçılar Rusiya bayrağını, həmçinin hakim Gürcü arzusu - Demokratik Gürcüstan Partiyasının loqosu olan bayrağı yandırıblar.
Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib və bu qanun AB-nin ölkənin Avropa Birliyinə inteqrasiyasını dayandırmaq təhlükəsi ilə bağlı sərt bəyanatlarına səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili qanuna veto qoyduğunu bildirib.
- “Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - Video
- İran və Səudiyyə arasında kritik telefon əlaqəsi
- 11 sentyabr terrorundan 25 il ötür
- ABŞ-dan İrana qarşı növbəti sanksiya...
- Əlcəzairdən BƏƏ ilə bağlı daha bir sərt qərar
- ABŞ-dan etiraf: İran ciddi zərər verdi!
- “Sabah” ÇL-ə məğlubiyyətlə başladı - Video-Yenilənib
- Husilər bu şəhəri ələ keçirdilər - Video