Erməni keşiş Baqrat Qalstanyan bir neçə müxalif partiya lideri ilə qapalı görüş keçirdikdən sonra ilk dəfə baş nazirliyə iddiasını səsləndirib. Keşişin sözlərinə görə, partiya liderləri onun namizədliyini dəstəkləməyə hazırdılar. Ancaq keşiş bunun üçün katolikosun razılığının alınması gərəkdiyini bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, keşişlə görüşən müxalifət nümayəndələri Baqrat Qalstanyanı xərcləməyə qərar veriblər:
“Müxalifət liderləri bilirlər ki, əgər onlar Nikol Paşinyanı devirə bilmədilərsə, keşişdə də bu alınmayacaq, sadəcə, indi özləri irəli çıxa bilmədiklərinə görə din xadimini irəli veriblər. Din xadiminin hakimiyyət arzusu Ermənistanı orta əsrlərə sürükləyir. Keşiş katolkosu pis vəziyyətdə qoyacaq. Katolikos sözdə siyasətə qarışmadıığını bildirir, ancaq əgər o, nümayəndəsinə baş naziri devrimək üçün xeyir-dua versə, hökumətlə qarşıdurmaya gedəcək. Belə olan halda Nikol Paşinyan kilsənin maliyyəsini azaldacaq”.
- Hərbi Prokurorluqda əməliyyat müşavirəsi oldu
- Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
- Nazirlər Kabineti peşəkar mühasiblərə dair qərarını dəyişdi
- Baş nazirdən yeni qərar...
- Ucuz mənzillər hələ də satışdadır - Video
- Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək
- Təltif edilmiş əməkdaşlara vəsiqələr və medallar təqdim olunub
- “ABB-Qarabağ FK” kobrend kartını artıq ABB-dən sifariş etmək olar