Gecə-gündüz çalışıram: sülh, ardınca isə... - Bayden

08:16 - 20 May 2024 - GÜNDƏM

 Gecə-gündüz çalışıram: sülh, ardınca isə... - Bayden

Yaxın Şərq münaqişəsinin yeganə həlli İsrail və Fələstinin birgəyaşayışına əsaslanan nizamlanmadır.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib.

"Hazırda Qəzzada atəşkəs razılaşması üzərində işləyirəm, oranın yenidən qurulmasına əlavə yardım göstərmək üçün gecə-gündüz beynəlxalq səylərə rəhbərlik edirəm. Mən təkcə atəşkəs üçün deyil, həm də regionun birliyi üçün gecə-gündüz çalışıram. Davamlı sülhə nail olmaq niyyətindəyik. Sonra nə olacaq? Qəzzada nə olacaq? Fələstin xalqının hansı hüquqları var? Çalışıram ki, hər iki dövlətin mövcud olacağı, iki xalqa sülh və firavanlıq içində yaşamağa imkan verən yeganə həll yoluna nail olaq", - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol