Rəisi və Abdullahian bizim üçün... - Lavrov

11:42 - 20 May 2024 - GÜNDƏM

 Rəisi və Abdullahian bizim üçün... - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Abdullahianın helikopter qəzasında həlak olması ilə bağlı başsağlığı verib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

“Rusiyada İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəmizin həqiqi, etibarlı dostları kimi tanınırdılar. Qarşılıqlı faydalı Rusiya-İran əməkdaşlığının və etibarlı tərəfdaşlığın möhkəmləndirilməsində onların rolu əvəzsizdir. Biz həlak olanların ailələrinə və yaxınlarına, eləcə də bütün dost İran xalqına səmimi qəlbdən başsağlığı veririk. Bu kədərli saatda düşüncələrimiz, qəlbimiz sizinlədir”, - Lavrov bildirib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Bu xəbər hal-hazırda çox oxunur
Gültəkin Hacıbəylini Türkiyə niyə deport etdi?

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol