Cavanşir körpüsünün sökülməsi və təmir işləri ilə əlaqədar bu gündən nəqliyyatın hərəkəti yenidən təşkil edilir.
BUTA.TV xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Avtomobil Yolları Dövlət Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, müvəqqəti sxemə əsasən, E1 və 125 nömrəli avtobus marşrutlarının hərəkəti alternativ küçələrlə həyata keçirilir. Belə ki, E1 nömrəli ekspres avtobusu “28 May” və Puşkin küçələrindən, 125 nömrəli avtobus isə Rəşid Behbudov, Süleyman Rəhimov küçələri və Azadlıq prospektindən keçməklə öz xətləri ilə hərəkətlərini davam etdirir.
Körpünün sökülməsi ilə əlaqədar nəqliyyat vasitələrinin alternativ keçələrlə mərkəz istiqamətində rahat və maneəsiz hərəkətini təmin etmək üçün “28 May”, Nizami, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Sabit Orucov, Yeryomenko və Firuz Qəmbərov küçələrində mövcud olan bəzi parklanma yerləri müvəqqəti ləğv olunur.
- Qəbul imtahanının nəticəsi elan edildi
- Azərbaycanda baş müəllim vəfat etdi - Foto
- Prezident fərman imzaladı
- Qəzada ölənlər ər-arvad imiş - Rəsmi
- Rusiya ilə bir sıra istiqamətlərdə birbaşa reyslər bərpa edilə bilər
- Suda boğulma hallarında xilasetmə əməliyyatları... - Video
- Bakıda qeyri-adi kənd yumurtası... - Foto
- Öncə arvadını, sonra özünü bıçaqladı - İkisi də sağdır