Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə başsağlığı ünvanlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Qardaş İran İslam Respublikası Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisinin və onu müşayiət edən nümayəndə heyətinin həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.
Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, Allahdan səbir diləyirik.
Ruhları şad, xatirələri əziz olsun.
Allah rəhmət eləsin", - başsağlığında deyilir.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.
- Qəbul imtahanının nəticəsi elan edildi
- Azərbaycanda baş müəllim vəfat etdi - Foto
- Prezident fərman imzaladı
- Qəzada ölənlər ər-arvad imiş - Rəsmi
- Rusiya ilə bir sıra istiqamətlərdə birbaşa reyslər bərpa edilə bilər
- Suda boğulma hallarında xilasetmə əməliyyatları... - Video
- Bakıda qeyri-adi kənd yumurtası... - Foto
- Öncə arvadını, sonra özünü bıçaqladı - İkisi də sağdır