Xəbər verildiyi kimi, Baş prokuror Kamran Əliyevin dəvəti ilə İtaliya Respublikasının Ali Kassasiya Məhkəməsinin Baş prokuroru Luici Salvatonun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.
Baş Prokurorluqdan BUTA.TV-a bildirilib ki, Luici Salvato Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov tərəfindən qəbul edilib. Görüşdə Baş prokuror Kamran Əliyev iştirak edib.
Səfər çərçivəsində nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binası və Zəfər muzeyi ilə tanış olaraq, prokurorluğun struktur qurumlarının rəhbərləri ilə görüş keçirib. Qonaqlara ölkəmizin prokurorluq və digər hüquq mühafizə orqanlarının fəaliyyəti barədə ətraflı məlumat verilib.
Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini, o cümlədən italiyalı heykəltəraş Canfranko Megiatonun fərdi sərgisində əks etdirilən stendlərlə tanış olublar.
İtalyalı prokurorlar "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət edərək, Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası, həmçinin UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş digər tarixi-memarlıq abidələri ilə tanış olublar.
Qonaqlar tarixi-mədəni abidələrlə zəngin olan Bakı şəhərinin Balaxanı qəsəbəsini ziyarət edərək, orada xalçaçılıq, dulusçuluq, milli geyimlərin hazırlanması və digər yerli sənətkarlıq nümunələri ilə yaxından tanış olublar.
Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunaraq 2008-ci ilin sentyabr ayında istifadəyə verilmiş Bakı şəhərindəki Müqəddəs Məryəm katolik kilsəsini ziyarət edən qonaqlara tikilinin tarixi barədə ətraflı məlumat verilib.
Nümayəndə heyətinin səfəri başa çatıb.
- MN-dən Özbəkistandakı təlimlə bağlı yeni məlumat
- İlham Əliyev Britaniya baş naziri ilə görüşdü - Video
- Elgiz məşhur müğənnini efirdən "QOVDU" - VİDEO
- Adnanın bütün sərvətini etibar etdiyi Moskvadakı ‘Mamonya’ kimdir? - FOTO
- Nəsimi Nəbizadə müalicə olunduğu “Qurtuluş”dan qaçmaq istəyir
- Rəşad Dağlı bu vaxt əfv oluna bilər – Qanun belə deyir
- Şərurlu İsfəndiyardan rəzil addım: “Gizli çəkiliş edib...” - VİDEO
- Xanlar Ağalarov “Green Flag Award“ı necə əldə edib? - Milli Parka verilən mükafatın izi ilə